Premyer Liqamızda IV turun oyun cədvəli açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Premyer Liqamızda IV turun oyun cədvəli açıqlanıb

21:45 - 05 / 09 / 2017
Premyer Liqamızda IV turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib.

1news.az-ın məlumatına görə, həftəsonu turun 3 qarşılaşması baş tutacaq.

Belə ki, “Qarabağ” Çempionlar Liqasında iştirak etdiyindən, Peşəkar Futbol Liqası Ağdam klubunun “Səbail”lə görüşünü sentyabrın 8-dən dekabrın 6-na keçirib.

Şənbə günü “İnter” “Kəpəz”i, “Qəbələ” isə “Zirə”ni qəbul edəcək. Tura “Neftçi” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

IV tur

9 sentyabr (şənbə)

17:00. “İnter” – “Kəpəz”
“İnter Arena”

20:30. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

10 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”

Qeyd edək ki, “Qəbələ” – “Zirə” və “Sumqayıt” – “Neftçi” oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

1news.az

Paylaş:
770

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər