Unibank-dan siftə krediti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank-dan siftə krediti

17:03 - 06 / 09 / 2017
Unibank-dan siftə krediti

Əgər indiyədək Unibank-da kreditiniz olmayıbsa, demək bu kampaniya sizin üçün keçirilir.

Unibank-ın SİFTƏ KREDİTİ bankda kredit tarixçəsi olmayan müştərilərə sərfəli şərtlərlə kredit ayrılmasını nəzərdə tutur.

Kampaniya çərçivəsində Unibank-dan ilk dəfə kredit götürən şəxslər nağd kreditləri 27%-lə əldə edə biləcəklər. Aksiya çərçivəsində komissiya 1%-ə endirilib.

Rəsmi gəliri 174 manatdan yuxarı olan və Unibank-da kredit tarixçəsi olmayan ölkə vətəndaşları bu aksiyanın şərtləri ilə nağd kredit üçün müraciət edə bilər.

Unibankdan nağd kredit götürmək sizə hansı üstünlükləri verir?

- Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır.

- Kreditin müddəti 36 ayadəkdir.

- Kreditin rəsmiləşdirilməsi zamanı komissiya сəmi 1%-dir.

- Heç bir zamin tələbi yoxdur.

- Kredit proseduru çox sadədir.

Nağd kreditlə bağlı bank filiallarına müraciət edə və eləcə də Unibank Mobile-dan və yaxud unibank.az saytından onlayn və ya (050) 778-81-17 whatsapp nömrəsinə yazaraq kredit sifariş edə bilərsiniz.

Əgər hələ də dəyər qazandıran kartınız yoxdursa, onlayn sifariş edə https://onlineservices.unibank.az/OnlineCardOrder/?lang=az  və ya  istənilən Unibank filialından yaxınlaşmaqla, sərfəli bank kartı əldə edə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank - hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Paylaş:
1152

Son xəbərlər

Bütün xəbərlər