Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin sammiti hazırlanır | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin sammiti hazırlanır

12:34 - 06 / 09 / 2017
Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin sammiti hazırlanır

Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər.

1news.az xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlər görüş zamanı qərara gəlib ki, gələn il belə bir görüşün keçirilməsi üçün prezidentlərə təklif verilsin. 

E.Məmmədyarov vurğulayıb ki, tərəflər gələcək əməkdaşlıq üçün yol xəritəsi hazırlamağı da qərara alıblar. Nazir görüşün faydalı keçdiyini, regional layihələrin müzakirə olunduğunu vurğulayıb.

1news.az 

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər