Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

14:14 - 07 / 09 / 2017
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə danışıqlar aparmaq üçün Bakıya səfər edib: "Danışıqlar zamanı beynəlxalq təhlükəsizliyinin aktual məsələlərinə dair müzakirələr aparılacaq".

Məlumatda Gerasimovun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəciməddin Sadıkovla görüşəcəyi bildirilir.

S.Xankişiyeva

Paylaş:
716

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər