Elmar Məmmədyarov Macarıstanın yeni səfirini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Macarıstanın yeni səfirini qəbul edib - FOTO

19:03 - 07 / 09 / 2017
Elmar Məmmədyarov Macarıstanın yeni səfirini qəbul edib - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.

XİN-dən 1news.az-a verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Elmar Məmmədyarov səfir Viktor Szederkeniyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

1news.az

Paylaş:
907

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər