Bakıda baş vermiş ağır yol qəzası nəticəsində 2 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda baş vermiş ağır yol qəzası nəticəsində 2 nəfər ölüb

19:38 - 07 / 09 / 2017
Bakıda baş vermiş ağır yol qəzası nəticəsində 2 nəfər ölüb

Bakının Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.

1news.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində “Opel” və “Subaru” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
1253

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər