NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisinin Bakıda görüşü keçirilib | 1news.az | Xəbərlər
Siyasət

NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisinin Bakıda görüşü keçirilib

20:01 - 07 / 09 / 2017
NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisinin Bakıda görüşü keçirilib

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında bu gün Bakıda görüş keçirilib.

1news.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Valeri Gerasimov və Petr Pavel Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı tərəflər əlaqələrin davam etdirilməsinə dair razılığa da gəliblər.

1news.az

Paylaş:
931

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər