XƏMMK Azərbaycanda sülhü qorumaq üçün müraciət sənədi qəbul edib
Deputat Klaudio Kajadonun (Demokratlar-Bahia ştatı) təşəbbüsü ilə Deputatlar Palatasının Xarici Əlaqələr və Milli Müdafiə Komissiyası (XƏMMK) sentyabrın 5-də, iyulda Dağlıq Qarabağ bölgəsində açılan atəş nəticəsində bir qadın və bir körpənin ölümü ilə bağlı Azərbaycan Respublikasına başsağlığı; və Cənubi Qafqazın bu ərazisində insan hüquqlarına hörmət, azadlıq və xalqların öz müqəddəratını təyin etməsinə, dövlətlər və xalqlar arasında harmoniya və sülhün bərqərar olması prinsiplərinə uyğun olaraq, Sülhə Çağırış Müraciəti Sənədi qəbul edib.
1news.az-ın Braziliya mediasına istinadla verdiyi xəbərə görə, Klaudio Kajadon bildirib ki, “bütün dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Azərbaycan ilə Ermənistan arasında hər iki ölkənin 1918-ci ildə Rusiya İmperiyasından müstəqillik qazandıqdan sonra tarixi münaqişə obyektidir”.
Onun sözlərinə görə, “azərbaycanlı qadın və körpənin münaqişə zonasında faciəli ölümü Braziliyanın tarixən harmonik və qardaşlıq əlaqələri saxladığı ölkələrin iştirakı ilə qeyri-sabitlik çərçivəsinin ən qəddar üzünü ortaya qoyur. Bu addımın məqsədi münaqişənin həllində, onun beynəlxalq münasibətlərdə qaçılmaz nəticələrinin həmçinin, regionda zorakılığın və qeyri-sabitliyin qarşısının alınmasında əməkdaşlıq etməkdir”.
Bu yaxınlarda deputat K.Kajado Ermənistanın Braziliyadakı səfiri Aşot Qaloyanla görüşüb və bu məsələni müzakirə edib. O bildirib ki, “Biz tərəfləri sülhün bərqərar olması və qorunması üçün əllərindən gələni etmək məqsədi ilə dialoqa çağırırıq”.
Müraciəti sənədinin tam mətninin buradan əldə etmək olar: http://www.camara.gov.br/proposicoesWeb/prop_mostrarintegra?codteor=1594196&filename=REQ+217/2017+CREDN
S.Xankişiyeva