AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərib | 1news.az | Xəbərlər
İdman

AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərib

14:15 - 08 / 09 / 2017
AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərib

AFFA Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu göndərib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Milli Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib ki,  rəsmi etiraz Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ının nümayiş etdirilməsi ilə əlaqədardır.

M.Nərimanoğlu deyib ki, məktubda fakt qəti şəkildə pislənilib və RFS-dən faktla əlaqədar tədbir görülməsi xahiş olunub.

Qeyd edək ki, ermənilərə məxsus komandanın fanatları "Ryazan"la oyun zamanı tribunada Ermənistan və qondarma qurumun bayraqlarını yanaşı asıblar. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır.

S.Xankişiyeva

Paylaş:
900

Son xəbərlər

Bütün xəbərlər