AZALJET aşağıbüdcəli brendi ləğv olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZALJET aşağıbüdcəli brendi ləğv olunur

16:41 - 08 / 09 / 2017
AZALJET aşağıbüdcəli brendi ləğv olunur

“Buta Airways” aşağıbüdcəli aviaşirkətin işə salınması ilə əlaqədar olaraq 2017-ci il oktyabrın sonundan etibarən Azərbaycan Hava Yollarının (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

AZALJET aşağıbüdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək. Digər tariflər də barədə oktyabrın sonuna yaxın elan ediləcək.

Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kiloqram) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçimə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.

S.Xankişiyeva

Paylaş:
1032

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər