Tovuzda toyda zəhərlənənlərin sayı 39 nəfərə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda toyda zəhərlənənlərin sayı 39 nəfərə çatıb

09:00 - 08 / 09 / 2017
Tovuzda toyda zəhərlənənlərin sayı 39 nəfərə çatıb

Tovuzda toyda 39 nəfər zəhərlənib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib.

Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.

S.Xankişiyeva

Paylaş:
861

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər