Sabah Bakıda şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq

12:55 - 08 / 09 / 2017
Sabah Bakıda şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq

Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  27-30° isti, Bakıda gecə  20-22°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə  18-23°, gündüz  31-36°, dağlarda gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
801

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər