Prezident İlham Əliyev Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb - FOTO

13:40 - 10 / 09 / 2017
Prezident İlham Əliyev Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

1news.az

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər