Bakıda Hindistan-Azərbaycan biznes forumu keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Hindistan-Azərbaycan biznes forumu keçirilib - FOTO

12:56 - 10 / 09 / 2017
Bakıda Hindistan-Azərbaycan biznes forumu keçirilib - FOTO

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Bakıda daşınmaz əmlak bazarının inkişafı və tikinti biznesi ilə məşğul olan şirkətlərin  Hindistan-Azərbaycan biznes forumunu təşkil edib.

1news.az-a Hindistanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, Hindistanın qərb hissəsində yerləşən Marathi Bandhkam Vyasayik Assosiasiyasının (Maratha Tikinti Biznesi Assosiasiyasının) şirkətlərinin             50-dən çox nümayəndəsi  biznes forumda iştirak edib və Azərbaycan şirkətləri və iş adamları ilə görüşlər keçiriblər.

Hindistan- Azərbaycan Tikinti Biznes Forumu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Hindistanın Azərbaycandakı səfiri Sanjay Rananın sədrliyi ilə keçirilib.

Vüqar Zeynalov Hindistan nümayəndə heyətini salamlayaraq bildirdi ki, tədbir Hindistan və Azərbaycan şirkətləri arasında əməkdaşlığın müxtəlif sahələri üzrə biznesdən–biznesə müzakirələrinin keçirilməsi üçün yaxşı imkan yaradır.

Tədbirdə çıxış edən Maratha Tikinti Biznesi Assosiasiyasının prezidenti Gajendra Pavar qeyd edib ki, Hindistan nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi üzv şirkətlərin tikinti, infrastruktur və digər sahələrdə biznes imkanları ilə tanış olaraq iki ölkə arasında ticarət və investisiya əlaqələrini genişləndirməkdir. O əlavə edib ki, Hindistan nümayəndə heyəti Azərbaycanda biznes imkanları ilə tanış olmağa həvəs göstərir və güclü biznes əlaqələri yaratmaq arzusundadır.

Hindistanın Marathi Bandkham Vyasayik Assosiasiyasının baş katibi Sandeep Kolatkar Hindistan nümayəndələrinin Bakının əzəmətli memarlığına  və şəhərin inkişafına heyran olduqlarını bildirib. Onların səfərlərinin müştərək müəssisələrin yaradılmasına və Hindistan və Azərbaycan şirkətləri arasında biznes əlaqələrinin genişlənməsinə töhfə verəcəyini qeyd edib.

Hindistan səfiri Sanjay Rana öz çıxışında Azərbaycanın Hindistan üçün önəmli biznes tərəfdaşı olduğunu və iki ölkə arasındakı biznes əlaqələrinin müxtəlif sahələrdə güclü inkişaf etdiyini bildirib. Hindistan Azəri-Çıraq-Günəşli neft yatağında iştirak edir və Azərbaycanın neft və qaz sektorunda tərəfdaşıdır. Ölkələr arasındakı ticarət dövriyyəsi 2016-cı ildə 497 milyon ABŞ dollar təşkil edib və cari ildə 65 faizdən çox artıb. O qeyd edib ki, yüklərin Hindistandan Azərbaycana və İran vasitəsilə xaricə daşınmasını asanlaşdıracaq və sürətləndirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınması ikitərəfli ticarətin səviyyəsinin daha da artmasına şərait yaradacaqdır.

P.Sultanova

Paylaş:
815

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər