Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır

17:55 - 11 / 09 / 2017
Binəqədi şosesində hərəkət 2 günlük məhdudlaşdırılır

Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

 Bu barədə 1news.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

 “Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər”, - deyə məlumatda vurğulanıb.

1news.az

Paylaş:
737

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər