Rəşad Sadiqov rəsmən “Neftçi”də | 1news.az | Xəbərlər
Futbol

Rəşad Sadiqov rəsmən “Neftçi”də

20:59 - 11 / 09 / 2017
Rəşad Sadiqov rəsmən “Neftçi”də

“Neftçi” bu gün növbəti transferini gerçəkləşdirib.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Rəşad Sadiqovla mövsümün sonunadək müqavilə bağlanıb. 

Qeyd edək ki, 2003-2004, 2005-2008, 2012-2014-cü illərdə “Neftçi”nin şərəfini qorumuş 33 yaşlı futbolçu Azərbaycan milli komandasının üzvü olub.

1news.az

Paylaş:
920

Son xəbərlər

Bütün xəbərlər