MFL-in 2017-2018 mövsümü üzrə reqlamentinə dəyişikliklər edilib və qeydiyyat tarixi uzadılıb | 1news.az | Xəbərlər
Futbol

MFL-in 2017-2018 mövsümü üzrə reqlamentinə dəyişikliklər edilib və qeydiyyat tarixi uzadılıb

17:00 - 12 / 09 / 2017
MFL-in 2017-2018 mövsümü üzrə reqlamentinə dəyişikliklər edilib və qeydiyyat tarixi uzadılıb

Ən böyük həvəskar mini futbol liqası MFL-in ikinci mövsümünün başlanmasına çox az zaman qalıb.

Hazırda yeni mövsüm üçün iştirak edəcək komandaların qeydiyyatı davam edir.

Bir çox komanda və iştirakçıların xahişini nəzərə alaraq MFL-in reqlamentinə kiçik dəyişikliklər edilib.

Belə ki, əvvəlcə, 2017-2018  mövsümünün layihəsi üzrə reqlamentə bir sıra sərtləşmələr edilməsi nəzərdə tutulumuşdu.

Lakin komandalar MFL rəhbərliyinə müraciət edərək reqlamenti sərtləşdirməməyə, ötənilki  – 2016-2017-ci il səviyyəsində,  yəni potensial iştirakçıların sayını azaltmayaraq keçmiş və hazırki peşəkarlar üçün analoji qadağaları saxlamağı xahiş etdi.

MFL turnir iştirakçılarının xahişini nəzərə alaraq reqlamentə dəyişikliklər etdi. Dəyişikliyə əsasən turnir həvəskar xarakter daşıyaraq, eyni zamanda məhdudiyyətlərlə  həddindən artıq yüklənməyəcək.

Reqlamentin bu bəndi  aşağıdakı qaydadadır:

6.1. Aşağıda sadalanan hallar istisna olmaqla, MFL-də hər hansı futbol,  futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (hər hansı komandanın rəsmi ərizəsində yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:

•       2014-2015-ci il (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların;

•       2015-2016-cı il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 (iki) oyunçunun;

•       2016-2017-ci və ya 2017-2018-ci il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun;

•       2012-2013-cü il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun;

•       2013-2014-cü il mövsümündə Futzal üzrə Yüksək Liqada iştirak etmiş 1 oyunçunun;

•       2014-cü (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştrakına icazə verilir.

Bununla əlaqədar olaraq,  komandaların öz ərizələrində dəyişikliyi nəzərə almaları üçün qeydiyyat tarixi 25 sentyabra (daxil olmaqla) qədər uzadılıb.

MFL komandalara müraciət edərək qeydiyyat prosesini uzatmamağı və sənədləri ən qısa zamanda təqdim etmələrini tövsiyyə edir.

Yeni mövsümün püşkatma mərasiminin oktaybrın 2-də keçirilməsi planlaşdırlır. Püşkatma zamanı iştiakçıları çoxlu sürprizlər gözləyir.

Sualınız varsa, sadəcə olaraq (070) 269-00-16 və ya (070) 269-00-21 nömrələrinə zəng edin. Eləcə də [email protected] elektron poçtuna da yaza bilərsiniz.

1news.az

Paylaş:
874

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər