“Qarabağ”ın gəncləri “Çelsi”yə böyük hesabla uduzdu | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın gəncləri “Çelsi”yə böyük hesabla uduzdu

18:36 - 12 / 09 / 2017
“Qarabağ”ın gəncləri “Çelsi”yə böyük hesabla uduzdu

Bu gün “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası səfərdə “Çelsi” ilə üz-üzə gəlib. Görüşün ilk hissəsi qolsuz başa çatsa da, İbrahim Qədirzadənin 49-cu dəqiqədə meydandan qovulması “Qarabağ”ın 5:0 hesablı məğlubiyyəti ilə nəticələnib.

UEFA Gənclər Liqası

C qrupu, I tur

12 sentyabr

“Çelsi” – “Qarabağ” - 5:0

Qollar: Kallum Hadson-Odoi, 54; Luk MakKormik, 63, 71, 74; Çarli Braun, 80

Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49

1news.az

Paylaş:
1090

Son xəbərlər

Bütün xəbərlər