Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb

19:24 - 12 / 09 / 2017
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb

Prezident İlham Əliyev F.N.Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.

1news.az

Paylaş:
1402

Son xəbərlər

Bütün xəbərlər