Brent markalı neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb.
1news.az-ın bloomberg-ə istinadla verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,10% azalaraq 48,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,17% azalaraq 53,75 dollar olub.
S.Xankişiyeva
881