Bank Respublikada növbənizi bir dəqiqə ərzində öncədən təyin edin | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublikada növbənizi bir dəqiqə ərzində öncədən təyin edin

15:20 - 13 / 09 / 2017
Bank Respublikada növbənizi bir dəqiqə ərzində öncədən təyin edin

Bank Respublikanın “Mobil Vizit” xidmətindən istifadə etməklə banka ziyarəti əvvəlcədən rezerv etmək mümkündür.

Bu xidmət müştərilərə öz iş günlərini daha səmərəli planlaşdırmağa və uyğun xidmət vaxtını təyin etməyə imkan verir.

Yeni xidmət pulsuzdur və Mobil Şöbə əlavəsinin funksionalında aktivləşdirilib. Müştəri müraciət edəcəyi bank məhsulunu seçən kimi, həmin xidmət avtomatik qaydada qısa müddətdə xidmət vaxtını təyin etmək üçün ən uyğun filialları təklif edəcək.

Daha sonra, istifadəçiyə ondan öncə növbə gözləyən müştərilərin sayı və müvafiq olaraq gözləmə vaxtı haqqında məlumat və sıra nömrəsi veriləcək.

Həmçinin SMS-bildirişi də aktivləşdirmək olar və müştəri növbədə sırası yaxınlaşan kimi SMS-bildiriş göndəriləcək. Hətta bankdan kənarda olan zaman belə, bu xidmət müştərinin növbəsini qaçırmamaq üçün yardımçı olacaq.

Mobil Şöbə əlavəsini aşağıdakı linklərə keçidlə yükləmək olar:

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe&hl=ru

iOS - https://appsto.re/az/7jeFbb.i

Paylaş:
960

Son xəbərlər

Bütün xəbərlər