İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilib

17:30 - 13 / 09 / 2017
İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev İ.Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilsin.

S.Xankişiyeva

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər