“Qarabağ” “Çelsi”yə böyük hesabla məğlub olub - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Çelsi”yə böyük hesabla məğlub olub - VİDEO

09:19 - 13 / 09 / 2017
“Qarabağ” “Çelsi”yə böyük hesabla məğlub olub - VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

1news.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsində mübarizə aparan “Qarabağ” da debüt oyununa çıxıb.

Ağdam klubu səfərdə İngiltərə nəhəngi “Çelsi”nin qonağı olub. Görüş Antonio Kontenin komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qeyd edək ki, qrupun digər oyununda “Roma” İtaliyada “Atletiko” ilə heç-heçə edib.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0

Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

1news.az

Paylaş:
979

Son xəbərlər

Bütün xəbərlər