AFFA kütləvi futbol həftəsi festivalı keçirəcək | 1news.az | Xəbərlər
Futbol

AFFA kütləvi futbol həftəsi festivalı keçirəcək

19:30 - 13 / 09 / 2017
AFFA kütləvi futbol həftəsi festivalı keçirəcək

Sentyabrın 26-da və 27-də Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında, ayın 30-da isə Heydər Əliyev Mərkəzində (Bakı şəhəri) AFFA tərəfindən kütləvi futbol həftəsi festivalı keçiriləcək.

1news.az AFFA-ya istinadən xəbər verir ki, festivalda 6-13 yaş arası uşaqlar iştirak edəcəklər.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

1news.az

Paylaş:
909

Son xəbərlər

Bütün xəbərlər