UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda olublar – FOTO | 1news.az | Xəbərlər
İdman

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda olublar – FOTO

10:54 - 13 / 09 / 2017
UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda olublar – FOTO

Ölkəmizdə 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq işləri ilə tanış olmaq üçün UEFA nümayəndələri Bakıda səfərdədir.

1news.az-ın AFFA-ya istinadla verdiyi xəbərə görə, yerli Təşkilat Komitəsinin üzvləri ilə görüş keçirən qonaqlar Bakı Olimpiya Stadionunun infrastrukturu, mühafizəsi, bilet satışı, media və TV əraziləri, meydança və texniki zonaları ilə tanış olub, müzakirələr aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
990

Son xəbərlər

Bütün xəbərlər