Baş konsul: Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir | 1news.az | Xəbərlər
Siyasət

Baş konsul: Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir

11:07 - 13 / 09 / 2017
Baş konsul: Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir

"Baş Konsulluğumuz görkəmli alim Lütfi Zadənin həyatının son anlarınadək onun səhhəti ilə yaxından maraqlanıb, həm özü, həm oğlu, həm də yanındakı şəxslərlə daim əlaqədə olub".

 1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.

Baş konsul qeyd edib ki, hazırda Lütfi Zadənin arzusuna uyğun olaraq, onun nəşinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir: "Ən yaxın günlərdə professorun nəşinin Bakıya göndərilməsi nəzərdə tutulur".

N. Ağayev Lütfi Zadənin vəfatının həm Azərbaycan, həm də dünya elmi üçün böyük itki olduğunu deyib: “Onun elmi kəşfləri və nəzəriyyələri alimə qlobal miqyasda böyük şöhrət qazandırıb. Təsadüfi deyil ki, ABŞ-ın ən tanınmış qəzetlərindən olan “New York Times” alim haqda dərc etdiyi məqaləsində Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsinin linqvistika, iqtisadiyyat və təbabətdən tutmuş məişət cihazlarının inkişafınadək müxtəlif sahələrə böyük təsir göstərdiyini qeyd edib. Hələ həyatda ikən onunla dəfələrlə ünsiyyətdə olmaq xoşbəxtliyinə malik olmuş şəxslərdən biri kimi söyləyə bilərəm ki, Lütfi Zadə nəinki dahi alim, həm də öz təvazökarlığı, sadəliyi və xeyirxahlığı ilə seçilən böyük insan idi”.

N. Ağayev Lütfi Zadənin həmişə Azərbaycanın uğurları üçün sevindiyini də dilə gətirib: “O, daim söhbətlərimizdə Azərbaycanın bugünkü inkişafı, prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən daha da qüdrətlənməsinin onu bir azərbaycanlı kimi olduqca sevindirdiyini vurğulayırdı. Professor Lütfi Zadə tez-tez “Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var” deyirdi.

2016-cı ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl Medalının Lütfi Zadəyə təqdim olunması üçün Baş Konsulluğumuz onun işlədiyi Kaliforniya Berkli Universiteti ilə birgə təntənəli tədbir keçirmişdi. Professor Zadə həmin tədbirdə çıxışında Azərbaycan rəhbərliyi tərəfindən ona daim göstərilən diqqəti yüksək qiymətləndirdiyini və Azərbaycanın müstəqil dövlət kimi uğurları ilə fəxr etdiyini bildirmişdi”.

S.Xankişiyeva

Paylaş:
698

Son xəbərlər

Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11
Bütün xəbərlər