“Yeni Həyat” müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bilidirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Yeni Həyat” müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bilidirib

18:30 - 14 / 09 / 2017
“Yeni Həyat” müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bilidirib

“Yeni Həyat” MMC bir neçə gündür mətbuatda müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair rəsmi açıqlama yayıb.

1news.az-ın məlumatına görə açıqlamada deyilir:

“Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır.

Bunlar Grand Hayat MTK – Bakı şəhəri Tbilisi prospekti 1054  ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Hayat Palace MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Park Azure MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, Megafun AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi. Komplekslərə xidmət göstərən Hayat Management MMC-dir.

Müflis elan edilməsi barədə xəbər yayılmış Yeni Həyat MMC Zərifə Əliyeva 55 ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır və binaya xidmətin göstərilməsi üçün Hayat Management MMC-yə təhvil verilmişdir.

Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun müflis olunması barəsində yerləşdirilən məlumatlar tam yalnışdır və heç bir əsası yoxdur. Şirkətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və layihələrimiz mərhələli şəkildə təhvilə hazırlanmaqdadır”.

1news.az

Paylaş:
870

Son xəbərlər

İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51
Bütün xəbərlər