“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - FOTO - VIDEO | 1news.az | Xəbərlər
Siyasət

“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - FOTO - VIDEO

20:28 - 14 / 09 / 2017
“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - FOTO - VIDEO

TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

1news.az

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər