Zakir Həsənov İsrail müdafiə sənayesinin aparıcı müəssisələrində olub | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov İsrail müdafiə sənayesinin aparıcı müəssisələrində olub

13:10 - 14 / 09 / 2017
Zakir Həsənov İsrail müdafiə sənayesinin aparıcı müəssisələrində olub

İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

S.Xankişiyeva

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər