Prezident İlham Əliyev Meksika prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Meksika prezidentini təbrik edib

19:06 - 15 / 09 / 2017
Prezident İlham Əliyev Meksika prezidentini təbrik edib

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram”.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər