Mübariz Əhmədoğlu: "Ermənistan ekzotik korrupsiyalar ölkəsidir" | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: "Ermənistan ekzotik korrupsiyalar ölkəsidir"

11:36 - 15 / 09 / 2017
Mübariz Əhmədoğlu: "Ermənistan ekzotik korrupsiyalar ölkəsidir"

Ermənistanda bütün növ, hətta ekzotik korrupsiya var. Nəzəriyyədə korrupsiyanın əsasən 3 növü göstərilir. Ermənistanda bütün növ korrupsiyanın olduğuna dəlalət edən faktlar mövcuddur.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Faktları açıqlayan politoloqun sözlərinə görə, Ermənistanda Avropa İttifaqının fəaliyyətində korrupsiya riskləri aşkardır. Belə ki, Aİ Yerevan ofisinin menecerinin kabinetində axtarış aparılarkən 1 milyon dollar nağd pul aşkarlandı. Bu miqdarda nağd pul Ermənistanda heç banklarda olmur.

Aİ-nın Ermənistana ayırdığı qrantların xərclənməsilə ilə əlaqədar bir neçə dəfə cinayət işi başlanıb. Avropa İttifaqının Yerevandakı əvvəlki səfiri Trayan Xristeanın dövründə belə korrupsiya faktlarının daha geniş yayıldığı, Avropa rəsmilərinin xahişi ilə Ermənistanda məqsədyönlü maliyyə işlərinin görüldüyü ilə bağlı məlumatlar var. Eləcə də Ermənistan rəsmilərinin xahişi ilə Avropa məmurları arasında T. Xristeanının müəyyən pul əməliyyatları reallaşdırdığına dair məlumatlar sonra üzə çıxdı.

M.Əhmədoğlu əlavə edib ki, ABŞ-ın Ermənistandakı səfiri R.Millz ABŞ Universitetlərindən birinə qəbul olmuş Ermənistan vətəndaşının hərbi xidmətdən azad olunması ilə əlaqədar Ermənistana hökumətinə müraciət etməsidir:

“Hökumət ABŞ səfirinin bu xahişini yerinə yetirdi. Ermənistan hökumətinin xüsusi qabiliyyətli gənclərə hərbi xidmətdən möhlət vermək səlahiyyəti var, amma bu məsələni qaldıran və yaxud bu məsələni xahiş edən subyektlər içərisində xarici səfirlərin adı yoxdur. Əslində, bu özü korrupsiyaya bir nümunədir.

Zimbabvedə qeydiyyatdan keçmiş “Erməni Meyvəsi” adlı kompaniya Ermənistanda ərik yetişdirilməsinə dair konsultasiyalar vermək adı ilə büdcədən 292 min dollar vəsait götürüb. Ermənistanın dövlət büdcəsində belə ekzotik xərclər hədsiz külli miqdardadır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun belə maliyyələşməsi olan büdcəyə həmişə yardım etmişlər.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistanda reallaşdırdığı infrastruktur layihələrinin hamısı ciddi şəkildə, böyük faizlə korrupsiyaya məruz qalıblar. Pullar mənimsənilib, işlər demək olar yerinə yetirilməyib.

ABŞ konqresmenləri ermənilərin kompakt yaşadığı regionlardan seçilmiş konqresmenlər məhz buna görə qanun və ABŞ –ın maraqlarından öndə ermənilərin uydurma maraqlarını üstün tuturlar. Bu da nepotizmin bir növüdür.

Nepotizm Avropa siyasətçilərinin Ermənistanı dəstəkləməsində vacib rol oynayır. Əksəriyyəti birmənalı şəkildə obyektiv mövqelə tanış olmaq istəmirlər, yalnız ermənilərin işğalçı mövqeyini dəstəkləyirlər. Tədqiqat zamanı bəlli olur ki, böyük əksəriyyəti bu və ya digər dərəcədə ermənilərlə bağlıdır, bir neçəsinin həyat yoldaşı və ya anası ermənidir. Avropada Ermənilərlə əlqəli təşkilatlarının rəhbərliyində olan şəxslərinin tərcümeyi halını axtardıqda bu faktlar aşkar şəkildə özünün göstərir”.

Politoloq nepotizmin Ermənistanın özündə də dərin kök saldığını deyib və iki nümunə göstərib:

“Şirak vilayət administrasiyasın Səhiyyə idarəsinin başçısı ixtisasca aqronomdur. Koalisiya bölgüsünə görə Vilayət səhiyyə şöbəsi Daşnak partiyasına verildi. Daşnak partiyası ixtisaslı həkim olan mütəxəssis tapa bilmədiyinə görə rayon səhiyyə şöbəsinin müdirliyinə aqronom da təsdiq olundu.

Razdan şəhərinin merinin oğlu orta məktəbdən buraxılış günü atasının xidməti maşını ilə qəza törətdi, ölən var. Amma bir neçə gün öncə bəlli oldu ki, ona qızıl medal veriblər. Əgər merin oğlu orta məktəbi qızıl medalla qurtarmışdısa, bu may ayında bəlli olmalı idi, sentyabr ayında deyil. Medalı qatil şagirdə prezident S.Sərkisyan təqdim etdi. Əsaslandırmanı isə Təhsil və Elm naziri, daşnak L.Mkrtıçyan verdi”.

Onun sözlərinə görə, mədəniyyət naziri,hakim partiyanın üzvü olmayan Arman Melikyanı hakim partiyanın parlament seçki siyahısında birinci beşlikdə olması, ABŞ-dak mülklərinin sayının 5-dən 3-ədək azalmasında S.Sərkisyanın korrupsiyanın daha yeni növünü yaratmağa xidmət edirmiş: 

"Ermənistanı AŞPA da ən çox stajlı üzvlərindən biri olan N.Zoqrabyan erməni konyakını Azərbaycanın milyon dollarına qarşı qoymağın mümkün olmadığını bildirdi. Bu həm də ermənilərin Avropa  siyasətçilərinə konyak verdiklərini etirafıdır. Maraqlıdır ki, N.Zoqrabyanın təfəkkürü bunu rüşvət kimi qəbul etmir; Rüşvət ancaq kürü və dollardan ibarətdir. Ermənistanda korrupsiyaya və qanunun pozuntusuna ekzotik yanaşma formalaşıb".

1news.az

 

 

Paylaş:
861

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər