“WorldFood Moscow” sərgisində erməni təxribatının qarşısı alınıb | 1news.az | Xəbərlər
Siyasət

“WorldFood Moscow” sərgisində erməni təxribatının qarşısı alınıb

12:44 - 15 / 09 / 2017
“WorldFood Moscow” sərgisində erməni təxribatının qarşısı alınıb

Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

1news.az-a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, ölkəmizin Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.

P.Sultanova

 

 

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər