Hava şəraiti müsbət olsa da, meteohəssas insanlarda narahatlıq yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti müsbət olsa da, meteohəssas insanlarda narahatlıq yaranacaq

12:45 - 15 / 09 / 2017
Hava şəraiti müsbət olsa da, meteohəssas insanlarda narahatlıq yaranacaq

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

1news.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə  20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə  21-23°, gündüz  32-34° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-80 %, gündüz  45-50 % olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda sakit  hava fonunda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  19-24°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər