Ukraynanın baş nazirinin birinci müavini Azərbaycana gələcək

Bu ilin oktyabrında Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Azərbaycana səfər edəcək.
1news.az xəbər verir ki, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko bildirib.
Səfir qeyd edib ki, səfər zamanı bir sıra görüşlərin keçiriləcəyi, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparılacağı nəzərdə tutulur.
1news.az
552