Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədində yerləşən hərbi hissələrdə olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədində yerləşən hərbi hissələrdə olub – FOTO

15:15 - 19 / 09 / 2017
Zakir Həsənov Azərbaycan-Ermənistan sərhədində yerləşən hərbi hissələrdə olub – FOTO

Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənova mövcud vəziyyət barədə məruzə edilib. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlığının düzgün təşkil olunmasını yoxlayan nazir şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. Z. Həsənov dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub. Müdafiə naziri müdafiə xəttinin gücləndirilməsi və bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edildikdən sonra birgə nahar təşkil edilib.

Sonra qoşunların qarşıdurma xəttinə yaxın ərazidə yerləşən kəndlərə gələn Müdafiə Nazirliyinin rəhbərliyi yerli sakinləri ilə görüşüb, onların qayğıları, problemləri və təhlükəsizlik məsələləri ilə maraqlanıb. Kənd sakinləri ordu ilə birlikdə istənilən tapşırığın yerinə yetirilməsinə daim hazır olduqlarını bildirərək hərbi qulluqçuların yüksək nizam-intizamından və dövlət sərhədinin etibarlı müdafiəsindən razılıq ediblər, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

S.Xankişiyeva

Paylaş:
806

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər