Samir Abasov Serbiya klubunun düşərgəsində | 1news.az | Xəbərlər
Futbol

Samir Abasov Serbiya klubunun düşərgəsində

21:33 - 20 / 09 / 2017
Samir Abasov Serbiya klubunun düşərgəsində

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə Serbiyaya yollanıb.

1news.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı təcrübə proqramının növbəti mərhələsini “Voyvodina”nın düşərgəsində keçirəcək.

Bu, 18-21 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Abasovun rəhbərlik etdiyi “Sumqayıt” komandası Azərbaycan Premyer Liqasının cari mövsümündə 5 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

1news.az

Paylaş:
1116

Son xəbərlər

Bütün xəbərlər