Bu gün Beynəlxalq Sülh Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Beynəlxalq Sülh Günüdür

13:45 - 21 / 09 / 2017
Bu gün Beynəlxalq Sülh Günüdür

Bu gün - 21 sentyabr Beynəlxalq Sülh Günüdür.

1news.az-ın məlumatına görə, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qərarı ilə təsis olunub və 1982-ci ildən başlayaraq Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi bütün dünyada qeyd olunur.

 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.

21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

2015-ci ilin sentyabr ayında Nyu-Yorkda BMT-yə üzv olan 193 ölkənin təmsil olunduğu və müxtəlif ölkə başçılarının iştirak etdiyi sammitdə dayanıqlı inkişafın 17 məqsədi qəbul olunub.

2030-cu ilə qədər ölkələrin bu məqsədlərə çatmaları istiqamətində tədbirlərin görülməsi gündəmdə olan əsas məsələlərdən biridir. Bu tədbirlərin əsasını yoxsulluğun kökünün kəsilməsi, planetin qorunması və ümumi inkişafın təmin olunması təşkil edir.

Hər il Beynəlxalq Sülh günü 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılmış “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb.

Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərlə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb.

2017-ci ilin Beynəlxalq Sülh Gününün devizi “Birlikdə sülh uğruna: hörmət, təhlükəsizlik və hamı üçün ləyaqət”dir.

Nəzərinizə çatdıraq ki, Beynəlxalq Sülh Günü ölkəmizdə də qeyd olunur. Azərbaycan müstəqillik eldə etdikdən sonra BMT “Uşaq haqları” Konvensiyası, “Uşaqların həyatlarının təminatı, müdafiəsi və inkişafı” haqqında beynəlxalq deklarasiyası və buna uyğun bir sıra beynəlxalq sənədlərə qoşulub.

Bundan əlavə Ombudsmanın təşəbbüsü ilə hər il Azərbaycanda 21 avqust-21 sentyabr tarixlərində “Beynəlxalq Sülh Günü” aylığı keçirilir.

Qeyd edək ki, Beynəlxalq Sülh Günü əksər ölkələrdə qeyd olunsa da, hələ də dünyanın bir çox bölgələrində müharibələr, münaqişələr baş verməkdədir.

Xatırladaq ki, bu il Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından 20 ildən artıq vaxt keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır.

Ermənistanın Azərbaycana qarşı apardığı işğal və soyqırımı siyasəti nəticəsində insanların əsas hüquq və azadlıqları, xüsusən də yaşamaq hüququ, o cümlədən sülh hüququ və inkişaf hüququ kütləvi şəkildə pozulub. Bu gün uzun sürən sülh danışıqları, nüfuzlu beynəlxalq təşkilatların problemin həllində vasitəçilik missiyası isə hələ də səmərə verməyib.

Babək Cahandarov

Paylaş:
2376

Son xəbərlər

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01
Bütün xəbərlər