İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

13:51 - 21 / 09 / 2017
İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr  müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”- deyə, Baş Prokurorluqdan bildiriblər.

Babək Cahandarov

 

 

Paylaş:
527

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10
Bütün xəbərlər