Avtobus sürücülərinə qarşı reyd keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobus sürücülərinə qarşı reyd keçirilib

18:23 - 21 / 09 / 2017
Avtobus sürücülərinə qarşı reyd keçirilib

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükə altında qoyan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə reyd keçirib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, reyd zamanı Bakıdan Sumqayıta və əks istiqamətə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Reyd nəticəsində sərnişin daşınması üçün nəzərdə tutulan standartlara cavab verməyən, müvafiq fərqlənmə nişanı olmayan 24 avtobus mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların əksəriyyətinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırılıb.

Saxlanılan avtobus sürücülərinin sənədləri yoxlanılan zaman onların əksəriyyətinin həmin nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin aparılan araşdırmalar zamanı sərmişin mikroavtobusu kimi fəaliyyət göstərən bir neçə nəqliyyat vasitəsinin əvvəllər yük maşını kimi istismar edildiyi də müəyyən edilib.

Bakı-Sumqayıt magistral yolundan mütəmadi olaraq istifadə edən sərnişinlərə, tələbələrə, o cümlədən valideynlərə bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərin idarə etdiyi texniki cəhətdən nasaz mikroavtobuslardan istifadə etməmələri tövsiyə olunur.

Sumqayıt ŞPİ DYPŞ əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.

Babək Cahandarov

Paylaş:
692

Son xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41
Bütün xəbərlər