AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir – FOTO

12:21 - 21 / 09 / 2017
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir – FOTO

Bu gün Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı başlanır. Konfransın işində EANA-nın üzvləri, o cümlədən 2008-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da iştirak edir.

Budəfəki konfrans “Videoxəbərlərin yaradılması və maddiləşdirilməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusuna həsr edilib.

Konfransda AZƏRTAC-ı bu agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov təmsil edir. Konfransın gündəliyində V.Seyidovun qısa çıxışı nəzərdə tutulur. O, videoxəbərlər yaradılması sahəsində AZƏRTAC-ın qazandığı nailiyyətlər barədə hesabat təqdim ediləcək.

Sabah EANA-nın Başa Assambleyasının iclası olacaq.

S.Xankişiyeva

Paylaş:
705

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər