Hikmət Hacıyev: ABŞ konqresmenlərinin adları arzuolunmaz şəxslər siyahısına daxil edilib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: ABŞ konqresmenlərinin adları arzuolunmaz şəxslər siyahısına daxil edilib

18:15 - 22 / 09 / 2017
Hikmət Hacıyev: ABŞ konqresmenlərinin adları arzuolunmaz şəxslər siyahısına daxil edilib

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini,  “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında”,  “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” qanununun müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri David Valadao, Frank Pallone və Tulsi Qabbardın adları arzuolunmaz şəxslər siyahısına daxil edilib.

1news.az-ın verdiyi xəbərə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Bu qanunsuz səfərlə ABŞ Konqresinin Nümayəndələr beynəlxalq hüququn norma və prinsiplərini, Helsinki Yekun Aktını pozaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizlənməsinə, aqressiv separatizmə bəraət qazandırır və dəstək vermiş olurlar. Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla onlar Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vururlar.

Onların Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir.  

Bu şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika erməni milli komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər. Bu səfərin hansı maliyyə şərtləri altında həyata keçirilməsi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır.

Həmçinin, mənəvi-əxlaqi dəyərləri, milli və beynəlxalq səviyyədə qanunun aliliyini rəhbər tutan ABŞ Konqresinin nümayəndələr palatasının digər üzvlərinə, bu şəxslərin seçildiyi ərazilərin seçicilərinə də müraciət edərək David Valadao, Frank Pallone və Tulsi Qabbardın əməllərinə düzgün qiymət verməyə və qınamağa çağırırıq”.

S.Xankişiyeva

Paylaş:
866

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər