Azərbaycan Prezidentinin BMT tribunasından qətiyyətli çıxışı Silahlı Qüvvələrin şəxsi heyətinin ruh yüksəkliyini artırıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidentinin BMT tribunasından qətiyyətli çıxışı Silahlı Qüvvələrin şəxsi heyətinin ruh yüksəkliyini artırıb

21:52 - 22 / 09 / 2017
Azərbaycan Prezidentinin BMT tribunasından qətiyyətli çıxışı Silahlı Qüvvələrin şəxsi heyətinin ruh yüksəkliyini artırıb

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu, vətənpərvərlik hissini və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə inamını daha da artırıb.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı ilə əlaqədar birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir, şəxsi heyət Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan edirlər.

 “N” saylı hərbi hissədə keçirilən tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri qoyulub.

Əsgər klubunda keçirilən tədbirdə Ulu Öndərin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının tarixi və proqram əhəmiyyətli sənəd adlandırıb. R.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada Ermənistanın 25 ildən çoxdur ki, Azərbaycanın ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal altında saxladığını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdığını vurğulayıb. Dövlətimizin başçısı çıxışında bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər yeddi rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistanın Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.

BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə, eləcə də bir çox beynəlxalq qurumların buna oxşar qərar və sənədlər qəbul etməsinə baxmayaraq, Ermənistan bunların heç birini icra etmir.

Azərbaycan Prezidenti qətiyyətlə bildirib ki, Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o buna görə cəzalandırılmır. Bu, ikili standartlara əsaslanan yanaşmadır və bu yanaşma qəbuledilməzdir. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmədiyinə, Ermənistan diktaturasına heç bir beynəlxalq sanksiya tətbiq edilmədiyinə etiraz edən Azərbaycan Prezidenti bu siyasətə son qoyulmasını tələb edib. Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov dövlətimizin başçısının qətiyyətli, cəsarətli və sərt çıxışının nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olduğunu, Ermənistanın isə bundan vahiməyə düşdüyünü qeyd edib.

E.Nəsirov Azərbaycan Prezidentinin bu qətiyyətli çıxışının maddi-texniki bazası gündən-günə möhkəmlənən, peşəkarlığı, döyüş qabiliyyəti daha da artan qüdrətli Azərbaycan Ordusuna arxalanaraq etdiyini xüsusilə vurğulayıb və böyük əminliklə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa-olsun təmin ediləcək, torpaqlarımız işğaldan azad ediləcək və qaçqınlarımız yurd yerlərinə qayıdacaqlar. Çünki Azərbaycanın güclü ordusu, orduya daim arxa-dayaq olan qədirbilən xalqımız, müdrik Prezidentimiz və qətiyyətli Ali Baş Komandanımız vardır.

Hərbi qulluqçular adından çıxış edən polkovnik Mehman Kərimov Azərbaycan Prezidentinin bu çıxışının bütün ordumuz üçün bir əmr olduğunu və şəxsi heyətin bu əmrə hər an hazır olduğunu böyük inamla deyib.

Tədbirin sonunda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin şeirləri əsasında “Komandanın əmrinə biz hazırıq hər zaman!” ədəbi-musiqili kompozisiyasını təqdim edib.

S.Xankişiyeva

Paylaş:
816

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər