İstanbul aeroportunda təyyarə yanıb – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

İstanbul aeroportunda təyyarə yanıb – FOTO - VİDEO

09:51 - 22 / 09 / 2017
İstanbul aeroportunda təyyarə yanıb – FOTO - VİDEO

İstanbulun Atatürk hava limanında təyyarə yanıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Belə ki, şəxsi təyyarə hava limanının eniş zolağına keçərək yanmağa başlayıb.

1news.az-ın NTV-yə istinadla verdiyi xəbərə görə, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hava limanı müvəqqəti olaraq təyyarələrin uçuş və enişi üçün bağlanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. onların vəziyyəti barədə məlumat yoxdur.

S.Xankişiyeva

Paylaş:
1071

Son xəbərlər

Bütün xəbərlər