ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana gəlir
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin sentyabrın 24-dən 30-a qədər Cənubi Qafqaz regionunda səfərdə olacaq.
1news.az-a təşkilatın saytına istinadən xəbər verir ki, onun regiona səfər sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra isə Gürcüstan və Ermənistana səfər edəcək.
Səfər zamanı xüsusilə də uzun müddət davam edən münaqişələrin Cənubi Qafqaz regionunda yaşayan insanların həyatına təsiri məsələsi nəzərdən keçiriləcək.
1news.az
1031