Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxır | 1news.az | Xəbərlər
İdman

Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxır

19:44 - 24 / 09 / 2017
Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxır

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirir.

1news.az  xəbər verir ki, Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.

Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəliblər.

1news.az

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər