Qadın voleybolçularımız polşalı rəqiblərinə 3:0 hesabı ilə qalib gəlib - YENİLƏNİB | 1news.az | Xəbərlər
İdman

Qadın voleybolçularımız polşalı rəqiblərinə 3:0 hesabı ilə qalib gəlib - YENİLƏNİB

21:09 - 24 / 09 / 2017
Qadın voleybolçularımız  polşalı rəqiblərinə 3:0 hesabı ilə qalib gəlib - YENİLƏNİB

Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə Azərbaycan voleybolçuları 25:23 hesabı ilə qələbə qazanıblar.

1news.az  xəbər verir ki, oyunda 3:0 hesabı ilə qalib gələn Azərbaycan millisi xallarının sayını 6-ya çatdıraraq qrupla liderliyi ələ keçirib.

Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

20:09

Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb.

1news.az  xəbər verir ki, Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb.

Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəliblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

1news.az

Paylaş:
946

Son xəbərlər

Bütün xəbərlər