Erməni idmançını məğlub edən tərtərli boksçu Avropa birinciliyində bürünc medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Erməni idmançını məğlub edən tərtərli boksçu Avropa birinciliyində bürünc medal qazanıb

14:51 - 25 / 09 / 2017
Erməni idmançını məğlub edən tərtərli boksçu Avropa birinciliyində bürünc medal qazanıb

Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Tərtər rayon Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Faiq Məmmədov bildirib ki, yarışda Azərbaycanı təmsil edən idmançılardan ikisi - Murad Allahverdiyev və Elşən Cəbizadə Tərtər rayonundandır.

75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda erməni idmançını məğlub edən Murad yarımfinalda Bolqarıstandan olan boksçuya məğlub olaraq, üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, 32 ölkədən 260 boksçunun qatıldığı Avropa birinciliyi sentyabrın 28-də başa çatacaq. Yarışa ölkəmizdən baş məşqçi Vaqif Kazımov və məşqçi Oqtay İbrahimovun rəhbərliyi ilə 13 idmançı qatılıb.

S.Xankişiyeva

Paylaş:
1251

Son xəbərlər

Bütün xəbərlər