“Qarabağ” – “Roma” oyununun hakimləri məlum oldu | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” – “Roma” oyununun hakimləri məlum oldu

15:21 - 25 / 09 / 2017
“Qarabağ” – “Roma” oyununun hakimləri məlum oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Roma” matçının hakimləri müəyyənləşib.

1news.az-ın məlumatına görə, Bakıda keçiriləcək görüşü portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Sentyabrın 27-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Artur Dias olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

Bu qrupun digər oyununda “Atletiko Madrid” klubu “Çelsi”ni qəbul edəcək.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” qarşılaşması saat 20:00-da başlayacaq.

Babək Cahandarov

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər