İlham Əliyev Sinqapur Respublikasının prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Sinqapur Respublikasının prezidentini təbrik edib

19:07 - 25 / 09 / 2017
İlham Əliyev Sinqapur Respublikasının prezidentini təbrik edib

Prezident İlham Əliyev Sinqapur Respublikasının prezidenti xanım Həlimə Yaquba təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Babək Cahandarov

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər