Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib

19:48 - 25 / 09 / 2017
Milli Məclisin payız sessiyasında ilk iclasının vaxtı və gündəliyi müəyyənləşib

Azərbaycan Milli Məclisinin 2017-ci il payız sessiyasında ilk iclası oktyabrın 2-də keçiriləcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə 34 məsələ daxildir.

Gündəlikdə MM-in payız sessiyasında qanunvericilik işlər planı, Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, bir sıra sənədlərin ratifikasiyası, “Polis haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İpoteka haqqında”, “Yol hərəkəti haqqında”, “Əmək pensiyaları haqqında” və sair qanunlara dəyişikliklər var.

Babək Cahandarov

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər